Kiyevdə nə baş verir? - VİDEO

21 Mart 2022 12:08 (UTC+04:00)

Rusiya ordusunun bu gecə Ukraynanın paytaxtı Kiyevin Podilski bölgəsinə raket hücumlarından sonra Kiyevin mərkəzində quraşdırılan hava hücumundan müdafiə sistemləri Rusiyanın hücumlarına qarşı işə salınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kiyevdə Rusiyanın hücumlarına qarşı işə salınan hava hücumundan müdafiə sistemləri şəhərə düşən Rusiya raketlərini hədəfə alıb və bu raketləri havada məhv edib. Sosial mediada yayımlanan görüntülərdə havadan müdafiə sistemlərinin bir-birinin ardınca çoxlu atəş açdığı görülüb. Rusiyanın hədəf aldığı ən əhəmiyyətli şəhər olan Kiyevdə bütün hava hücumlarına qarşı hava hücumundan müdafiə sistemləri işlərini davam etdirir.

https://youtu.be/dtY5OJS1BwM