Baydenin cümə günü Varşavaya gedəcəyi və şənbə günü Polşa prezidenti Anjey Duda ilə görüşəcəyi gözlənilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçmiş Sovet istehsalı olan döyüş təyyarələrinin Ukraynaya göndərilməsi ilə bağlı ABŞ və Polşa arasında fikir ayrılığı yaranıb. Daha sonra Vaşinqtonda bu planın yarımçıq qaldığı bəyan edilib.