"Barselona" "Real"ı məğlub edib

21 Mart 2022 10:21 (UTC+04:00)

İspaniya La Liqasının 29-cu həftəsində bütün dünyanın səbirsizliklə gözlədiyi El Clasico matçında "Real Madrid" "Barselona"nı qəbul edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nəhəng qarşılaşmada əvvəldən sona qədər üstün oynayan qonaq “Barselona” əzəli rəqibinə 4:0 hesabı ilə qalib gələrək güc nümayişi etdi.

Başdan sona nəhəng matçda əla çıxış edən Kataloniya komandasına qələbə qazandıran qolları Pierre Aubameyanq (2), Ronald Araujo və Ferran Torres qeyd edib.