Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

21 Mart 2022 00:03 (UTC+04:00)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) martın 20-də 146 nəfər dünyasını dəyişib.

Bir gündə 262 min 116 test edilib. Gündəlik yoluxma sayı 13.81-dir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 14. 283-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 446 milyon 435 min 575-ə yüksəlib.