Türkiyədə yeni tip koronavirusdan (Covid-19) martın 19-da 105 nəfər dünyasını dəyişib.
Bir gündə 295 min 4 test edilib. Gündəlik yoluxma sayı 17.328-dir.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 18. 269-dur.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 435 min 701-ə yüksəlib.