Moskva itkiləri tam açıqlamasa da, ABŞ kəşfiyyatı üç general da daxil olmaqla azı 7 min rus əsgərinin öldürüldüyünü, 21 minə qədərinin isə yaralandığını iddia edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu, 20 ildə İraq və Əfqanıstanda öldürülən ABŞ əsgərlərinin sayından çoxdur. Müharibədə ağır itkilər və sanksiyaların təzyiqini hiss etməyə başlayan xalqdan gələn ziddiyyətli səslər ölkədə tarazlığı dəyişməyə başlayıb.
Rusiya Nazirlər Kabinetinin onlayn iclasındakı çıxışında Putin qərbyönlü rusları cəmiyyətdən uzaqlaşdırılmalı olan satqın kimi xarakterizə edib. Cəmiyyətdə təmizlənməyə ehtiyac olduğunu deyən Putinin çıxışı günlərdir dünya gündəmini zəbt edib.
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanı təmizləmək üçün aparılan danışıqlardan sonra çıxış edərək, qaçan rusları zəif adlandırıb. Peskov "Onların çoxu öz niyyətini göstərir. Onlar satqındırlar. Rusiya bu satqınlardan təmizlənməlidir" deyib.
Məhz bu məqamda bir britaniyalı deputat Rusiya ordusunda böyük mübahisənin olduğunu və Moskvanın yüksək səviyyəli komandirlərindən birinin həbs olunduğunu elan edib. Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppe bildirib ki, Rusiya ordusunun böyük itkiləri Putinin yüksək səviyyəli hərbi və kəşfiyyat komandirlərinin, o cümlədən Rusiya Milli Qvardiyasının rəis müavini, general Roman Qavrilovun həbsinə səbəb olub.
Nazir Heppe Putinin dilinin çox təhlükəli olduğunu qeyd edərək: "Putinin psixoloji vəziyyətindən narahatam. O, təhlükəli düşünməsinə səbəb ola biləcək bir çarəsizlik içərisindədir", deyib.
Heppe əlavə edib ki, general Roman Qavrilovun həbsi Rusiya ali komandanlığında real münaqişənin olduğunun sübutudur.
Ləman Əlizadə