Rus əsgərləri Rusiyaya qayıtmaq istəmir

18 Mart 2022 11:41 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücumlarla bağlı dəyərləndirmələr edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zelenski Rusiya ordusunun Ukraynada uğursuzluğa düçar olduğunu və yeni addımlar atmağa başladığını bildirib.

Zelenski “Rusiya ordusunun başqa ölkələrdən muzdlu əsgərlər cəlb etdiyi və mümkün qədər çox gənci hərbi xidmətə cəlb etməyə çalışdığı barədə məlumatımız var. Bunun da onlara sərf etməyəcəyini bilirik. Mən Ukrayna ərazisində işğalçılara qoşulmağa cəhd edən hər kəsə bunun həyatlarının ən pis qərarı olacağı ilə bağlı xəbərdarlıq edirəm. Uzun ömür sizə təklif olunan puldan yaxşıdır. Cəsur müdafiəçilərimiz düşmənin hər hücumuna cavab verir. İşğalçılar hər dəfə dinc şəhərlərimizə, xalqımıza zərbə vuranda yeni rus əsgərləri əsir götürülürdü. Onların arasında Rusiyaya qayıtmaqdan imtina edənlər də var”.

Rus qüvvələrinin ölən rus əsgərlərini götürmədiyini iddia edən Zelenski, “Rusiyanın adını belə çəkməyən bir çox insan var. Oğlunun Ukraynaya qarşı döyüşə göndərildiyini bilən hər bir ana oğlunun yerini yoxlamalıdır. Xüsusən də övladının öldüyü deyilən uşaqlarına çata bilməyənlər. İnternetdən belə uşağınızın başına gələnləri öyrənə bilərsiniz. Biz minlərlə məhbusu götürə bilmərik. Bizə 13 min və ya daha çox ölü rus əsgəri lazım deyil” deyib. Eyni zamanda, Zelenski “Biz bu müharibəni istəmirdik. Biz sadəcə sülh istəyirik və sizdən öz övladlarınıza qarşı sevginin qorxunuzdan daha böyük olmağını istəyirik" deyə rus xalqına mesaj göndərib.

Ləman Əlizadə