Ukrayna əsgərləri Rusiyaya qarşı güclü müqavimət göstərir

18 Mart 2022 11:21 (UTC+04:00)

Ukrayna əsgərləri Rusiyanın Ukraynaya hücumlarına qarşı güclü müqavimət göstərir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu müqavimətlərə daha bir nümunə paytaxt Kiyevdən kənarda baş verib. Rus əsgərlərinin Kiyevə girməməsi üçün şəhər xaricində səngərlər qazan Ukrayna əsgərləri rus əsgərlərinə qarşı vuruşub. Eyni məqsədlə vuruşan Ukrayna əsgəri çöldə xəndək qazaraq RPK tipli sovet istehsalı silahla rus əsgərlərini yaxalayıb.

Bu arada rus əsgərləri ukraynalı əsgərləri hədəfə alanda hər iki tərəf arasında qarşıdurma yaranıb. Eyni zamanda kamerası ilə münaqişə anını lentə almağa başlayan ukraynalı əsgər Rusiya tərəfdən gələn güllələrin hədəfinə çevrilib. Qazdığı çuxura düşən ukraynalı əsgər dostlarından dəstək istəyib.

Əldə edilən məlumata görə, ukraynalı əsgərin hərbi xəstəxanaya aparıldığı, çiynindən yüngül xəsarət aldığı və səhhətinin yaxşı olduğu öyrənilib.

Ləman Əlizadə