Uşaq üçün ailə qurmağı düşünürəm - AKTRİSA

18 Mart 2022 10:32 (UTC+04:00)

İşinin çoxluğuna görə məşhur türk sima İbrahim Selimdən ayrılan aktrisa Selin Şekerci açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, “Barışacaq bir şey yoxdur. Biz bir-birimizi çox sevirik. Boşu-boşuna “Biz dostuq” kimi söhbətlər etmək istəmirəm” deyib.

Uşaqları çox sevdiyini bildirən aktrisa, “İmkan olsa, bir gün uşaq üçün ailə qurmağı düşünürəm. Evlənsəm, bilin ki, övladım olacaq” dedi.

Ayşən Vəli