Dünyada inflyasiya hansı səviyyədədir? - İQTİSADÇI AÇIQLADI

17 Mart 2022 15:49 (UTC+04:00)

"Hazırda dünyada inflyasiyanın sürəti müəyyən qədər səngiyib. İnflyasiya daha çox ötən ilin sonların və bu ilin əvvəllərində pik səviyyədə idi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu prosesin bir müddət davam edəcəyi gözlənilir: "Nəzərə alsaq ki, dünya iqtisadiyyatına pandemiya səbəbindən buraxılmış 17 trilyon dollarlıq vəsait bu gün dünyada müşahidə edilən ciddi inflyasiyaya gətirib çıxardıb. Bu inflyasiya özünün hazırda son 30-40 ilin ən yüksək səviyyədə olduğunu göstərir.

Düşünürəm ki, ABŞ-da da ev təsərrüfatları müflis səviyyədədir. Bunun da getdikcə davam etməsilə Amerika hökuməti Federal Ehtiyat Sistemində yenidən uçot dərəcəsini qaldırmağa məcbur oldu. Uçot dərəcənin qaldırılması inflyasiyanı cilovlamağın ən effektiv vasitəsi hesab olunur. Hazırki vəziyyətdə humanitar siyasətin özü də inflyasiyanı tam cilovlamağa imkan vermir. Hazırda Rusiya ilə Ukrayna arasındakı münaqişənin həm regionun, həm dünya iqtisadiyyatına çox ciddi təsiri olacaq. Bunun bəzi ölkələrə müsbət, bəzilərinə isə mənfi təsir olacaq. Bunu özünə divident və mənfəət kimi görənlər də olacaq. Amma ixracı məhdud olan və Rusiyanın boşaltdığı bazarlara girə bilməyən ölkələr üçün bu daha çox fəsadlarla yadda qalacaq".

Arzu Qurbanzadə