Anna Karapetyan: “Azərbaycanın beş təklifi “Dağlıq Qarabağın müstəqilliyinə” olan ümidləri heçə endirir”
Bakının İrəvana irəli sürdüyü beş təklifi Ermənistanın ictimai-siyasi dairələrində çoxsaylı mülahizələrlə, eləcə də ciddi təlaşlarla müşahidə edilməkdədir. Artıq belə qənaətə gəlmək mümkündür ki, ermənilər ümumiyyətlə, 44 günlük müharibədə qarşılaşdıqları ağır məğlubiyyətlərindən nəticə çıxarmamaları ilə yanaşı, həm də ölkələrini məhvə doğru sürükləyirlər. Çünki zaman tükənir və kapitulyasiyaya imza atmış ölkənin istər hakimiyyət, istərsə də müxalifət təmsilçiləri hələ də Azərbaycanın təkliflərini ciddiyyətə almır, bununla da regionda sülhün bərqərar olmasına deyil, yeni müharibənin baş verməsi ehtimallarını artırmış olurlar.
Və söz yox ki, bu kimi məsələlərdə Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəfələrlə etdiyi xəbərdarlıqlarını da xatırltmaq yerinə düşərdi. Əgər Ermənistanın istər rəhbərliyi, istərsə də ictimai-siyasi rəyi bundan sonra da belə davam edərlərsə, onda necə deyərlər, özlərindən küsməlidirlər! Artıq nə səbr, nə də təmkin qalıb və Bakının atacağı növbəti addımı onlar üçün daha ağır nəticələrə səbəb olacaq. Kapitulyant ölkənin “ağıllı politoloqlarının” irəli sürülən şərtlərini bir kənara qoyaraq öz şərtlərini irəli sürmələri isə ümumiyyətlə, heç bir normal, düşüncəli çərçivəyə sığmayan bir məsələdir və artıq qənaətə gəlmək olar ki, belə iddialara birdəfəlik qoyulmağın vaxtı çatıb!
Ermənistanın siyasi-ictimai rəyi ölkəni birdəfəlik məhvə doğru sürükləyir
Beləliklə, gəlin Azərbaycanın irəli sürdüyü beş təklifi ilə bağlı Ermənistanın ictimai-siyasi rəyinin münasibətlərini nəzərdən keçirək və bir daha şahidi olaq ki, bu ünsürlər əsla sülhə hazır deyillər və onların bu dəfə daha sərt şəkildə cavablarının verilməsinin zamanıdır.
“Azərbaycan bu gün hər şey edir ki, Qarabağ problemi səhifəsini bağlasın. Ermənistan tərəfindən kifayət qədər sərt və adekvat (?!-R.R.) reaksiya müşahidə edilmir. Bundan əlavə, baş verənləri heç cür sülh erasına doğru irəliləmə adlandırmaq mümkün deyil”.
SİA “Spitnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın “Hayatsk”siyasi araşdırmalar analitik mərkəzinin direktoru Anna Karapetyan bildirib. Onun sözlərinə görə, guya Azərbaycanın Qarabağa təzyiqlərinin məqsədi erməni əhalisinin oradan qovulmasına hesablanıb. Halbuki, Azərbaycanın dövlət rəhbərliyi dəfələrlə Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduğunu bəyan etməsi, eləcə də onların reinteqrasiyası üçün bütün addımlarını atmağa hazır olduğunu da bildirib. Bu ünsürlərə bir sual vermək laımzdır - Sülh istəmirsən? Müharibə astanandadır, hətta evinin kandarındadır!
Lakin göründüyü kimi məhz bu reallığın üzərindən keçərək “Qarabağın müstəqilliyi” xülyası altından çıxa bilməyən ermənilər açıq-aşkar həm təxribatçılıq vasitələrinə əl atır, həm də özlərini “sülhpərvər” kimi göstərməyə çalışırlar, hətta Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünə qarşı sərsəm iddialar irəli sürməklə ölkəmizi yaranmış situasiyaya “mane olmaqda” suçlayırlar.
Üstəlik, bu da azmış kimi, yalnız Azərbaycanı deyil, eyni zamanda Türkiyə tandemini də məsələyə qatmaqla “dqr”ə və Ermənistana qarşı məcburetmə siyasəti, yaxud hərbi və psixoloji təzyiq göstərildiyini iddia edirlər. Ancaq etiraf edə bilmirlər ki, məhz Birinci Qarabağ müharibəsi dövründə həmin bu ermənilər Azərbaycanın suverenliyinə qarşı işğalçılıq və təcüvüzkarlıq siyasəti yürüdərkən bir çox xarici ölkələrdən dəstəklər alaraq xalqımız qarşı soyqırımları həyata keçiriblər, ərazilərimizi istila, talan ediblər və bu gün həmin torpaqlarımızın böyük qismi azad edilib, yerdə qalan hissəsinin də azad edilməsi üçün Bakı bütün gücündən istifadə edir, bundan sonra da edəcək. Necə deyərlər, özü yıxılan ağlamaz!
İndi ortada 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar üçtərəfli bəyannamələri var və həmin bəyannamələrdə vurğulanmış bəndləri kapitulyant Ermənistan realizə etməlidir, əks halda başlarına hansı oyunların gələcəyinin də məsuliyyətini özləri daşımalı olacaqlar.
Bu dəfə övladlarını Yerablurda deyil, küçələrdə dəfn etməli olacaqlar!
Ermənistan parlamentində təmsil olunan və keçmiş prezident Serj Sarqsyanın “Respublika”partiyasını təmsil edən, “Şərəfim var” blokunun deputatı Anna Mkrtçyan isə əslində Azərbaycanın irəli sürdüyü beş təklif üzərində manipulyasiya etməklə iddia irəli sürür ki, sən demə, Serj Sarqsyan iqtidarda olsaydı və hazırkı baş nazir Nikol Paşinyan hakimiyyəti ələ keçirməsəydi bu gün mövcud vəziyyət yaşanmazdı və s. NEWS.am-a açıqlama verən erməni deputatının sözlərinə görə, Azərbaycan Ermənistana verdiyi təklifləri vasitəsi ilə ultimatum irəli sürüb. Maraqlıdır ki, çıxılmaz vəziyyətdə olduqlarını yaxşı anlayan erməni deputatı hələ də revanşizm, anti-sülh xarakterli fikirlərini irəli sürməsi ilə yeni müharibənin onlar üçün yaxşı heç nə vəd etmədiyini anlamır, ya da anlamaq istəmir. Fakt budur ki, artıq İrəvandakı Yelablur hərbi qəbirstanlığında yer qalmayıb və yenidən cəbhə açılarsa, bu dəfə onlar öz övladlarını orada deyil, kiüçələrdə dəfn etməli olacaqlar. Çünki Azərbaycanın verəcəyi cavab daha sərt və amansız olacaq!
Rövşən RƏSULOV