Gömrük Hospitalının Çağrı Mərkəzi 7/24 rejimində fəaliyyət göstərəcək

17 Mart 2022 12:12 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzi Novruz bayramı günlərində 7/24 müddətində fəaliyyət göstərəcək. SİA xəbər verir ki, Çağrı Mərkəzinin əməkdaşları 20-27 mart 2022-ci il tarixlərində Hospitala daxil olan bütün zənglərin qəbulunu təmin edəcək, müraciətləri operativ şəkildə cavablandıracaqlar. Çağrı Mərkəzinin əməkdaşları Mərkəzi Gömrük Hospitalında COVID-19 xəstəliyindən müalicə alan pasiyentlərin yaxınlarına xəsətələrinin səhhəti ilə bağlı məlumatların verilməsini davam edəcəklər. Xəstə Xidmətləri şöbəsində məlumat almaq icazəsi üçün qeydiyyatdan keçmiş xəstə yaxınları Novruz bayramı günlərində Çağrı Mərkəzinin 012 404 08 08 nömrəsi ilə əlaqə saxlayaraq pasiyentlərin vəziyyəti ilə bağlı həkimlərlə danışa biləcəklər.

Çağrı Mərkəzinin əməkdaşları həkim-koordinator Gülşən Şahverdiyeva, tibb qeydiyyatçıları Cəmilə Hacıyeva və kommutatorlar Gülnarə Əliyeva, Ulviyyə Xudaquliyeva gündüz növbələrində Ülkər Babayeva, Nərminə Dəmirova, Gülçöhrə Budaqova və Şəms Şərifova isə gecə növbələrində çalışaraq, Çağrı Mərkəzinin fasiləsiz fəaliyyətini təmin edəcəklər.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzi günün 24 saatında bura müraciət edən insanların sorğularını cavablandıran kiçik bir informasiya qovşağıdır. Bu gülərüz xanımların gözəl rəftarı, səmimi ünsiyyəti və diqqəti bura zəng vuran hər kəsə Hospital haqqında xoş təəssüratlar bağışlayır.