“Antalya Diplomatik Forumu artıq dünyada beynəlxalq münasibətlər sistemində önəmli bir platformaya çevrilib. Çünki beynəlxalq münasibətlər sisteminə nəzər saldıqda görürük ki, dünyada ikili standartlar, riyakarlıq və böyük qloballaşma mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Antalya Diplomatik Forumu tamamilə beynəlxalq münasibətlər sisteminə yeni baxışın və yanaşmanın gətirilməsini həyata keçirir: “Burada bir çox məsələlər müzakirə olunur. Buna dünyada baş verən qlobal məsələlər də aiddir. Bu forumda sülhə, əmin-amanlığa, beynəlxalq münasibətlərin qarşılıqlı əməkdaşlığına çevrilməsini müşahidə edirik.
Deputat sözlərinə belə davam edib: “Bu forumun qardaş Türkiyədə keçirilməsi region üçün də çox önəmlidir. Bu regionda baş verən hadisələrin beynəlxalq münasibətlər sisteminə isteqrasiyası, dünyaya həqiqətlərin çatdırılması baxımından çox önəmli bir platformadır”.
Ayşən Vəli