Təhsil nazirinin Türkiyəyə işgüzar səfəri davam edir

17 Mart 2022 09:44 (UTC+04:00)

Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri davam etməkdədir. SİA xəbər verir ki, səfər çərçivəsində martın 16-da təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Ali Təhsil Şurasının rəhbəri Erol Özvar ilə görüşüb.

Görüş zamanı yaradılması nəzərdə tutulan Azərbaycan-Türkiyə birgə Universiteti barəsində ətraflı müzakirələr aparılıb.