Rusiya qüvvələri son günlər paytaxt Kiyevə hücumlarını artırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya qüvvələrinin hücumu zamanı paytaxt Kiyevdə bir binanın üzərinə raketin düşməsi nəticəsində 2 nəfər yaralanıb.
Ukrayna Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, qəlpələrdən Kiyevin mərkəzindəki 12 mərtəbəli yaşayış binasında yaşayan insanlar zərər çəkib, yaralılar var. Binada yanğın baş verib, yaxınlıqdakı binaya da ziyan dəyib. Yanğınsöndürmə briqadaları binada baş verən yanğını söndürüb, ikisi yaralı olmaqla 37 nəfər təxliyə olunub.
Bazar ertəsi və dünən daha çox mülki yaşayış məntəqələrini hədəf alan hücumlarda ən azı 7 nəfər həyatını itirib.
Günay İsmayıllı