Fransız yazıçısı Bernard Henri Levi Rusiya-Ukrayna müharibəsinin ən qaynar bölgələrindən birində ortaya çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Henri Levi Odessada görüntülənib.
O, daha əvvəl Liviya, Əfqanıstan, Suriya və Şimali İraqda etdiyi danışıqlarla diqqət çəkib. Digər tərəfdən “Müharibənin carçısı” kimi də tanınan Levinin əlaqələri maraq dogurur.
Henri Levi Ukraynanın Odessa şəhərində doğulub. Odessada Ukrayna xüsusi təyinatlılarının himayəsi altında küçələrdə gəzərkən çəkilmiş fotoşəkilləri mətbuatda əksini tapan Levi toqquşmalardan bir neçə gün əvvəl Kiyevdə sərhəd qoşunlarını yoxlamış və Ukraynanın keçmiş prezidenti Poroşenko ilə görüşmüşdü.
Bernard Henri Levi terror təşkilatı PKK/YPG-yə yaxınlığı ilə tanınır.
Günay İsmayıllı