Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, Mədəniyyət naziri Anar Kərimov, yazıçı Çingiz Abullayev və bir çox tanınmış simalar iştirak edib.
Vida mərasimindən sonra mərhum yazıçı Rüstəm İbrahimbəyov 1-ci Fəxri Xiyabanda dəfn olunub.
Səbinə Hüseynli