Dövlət büdcəsindən elmə çəkilən xərclər 54,7% artıb

16 Mart 2022 13:05 (UTC+04:00)

Son 10 ildə dövlət büdcəsindən elmə çəkilən xərclər 54,7 faiz artıb. SİA xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyəti haqqında icmal hesabatda yer alıb.

Hesabatda qeyd olunur ki, bu dövrdə elmi-texniki işlərin dəyəri 53,2 faiz artıb, onların 57 faizini fundamental tədqiqatlar, 6,8 faizini tətbiqi tədqiqatlar, 12 faizini layihə-konstruktor işləri, qalan hissəsini isə nümunələrin hazırlanması və digər işlər təşkil edib.