“Mən bilmirdim ki, bu gün burada danışmaq mənə nəsib olacaq”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, dünya şöhrətli yazıçı yazıçı Çingiz Abdullayev Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mənim ətrafımdakıların bəziləri, Rüstəm İbrahimbəyov ilə 60 il dostluq edib: “Mən isə 40 il bu dostluğa nail olmuşam. Dünyada yeganə insandır ki, onun 6 dövlət mükafatı olub. O, lazım olanda öz sözünü deyə bilib. Rüstəm çox böyük bir insan idi. O, bizim əsl mənada fəxrimiz idi. Onun səsi nəinki Azərbaycan və Rusiyadan gəlirdi. Hazırda dünyanın bir çox ölkələrindən bizə məktublar gəlir. Azərbaycan mədəniyyəti, hətta deyərdim ki, dünya böyük bir şəxsiyyəti itirdi”.
Səbinə Hüseynli