Abituriyentlər çətinliklərlə üzləşə bilərlər - DİQQƏTLİ OLUN! - EKSPERT DANIŞDI

16 Mart 2022 12:13 (UTC+04:00)

"Azərbaycan Respublikasının Ali təhsil müəsisələrinə qəbul qaydalarında Baş Nazir Əli Əsədovun imzaladığı qərar qüvvəyə minib və dəyişikliklər artıq təsdiq olunub”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, qərara əsasən ali təhsil müəsisələrinə 1 ixtisas qrupu üzrə elektron ərizə doldurarkən təhsil almaq istədikləri ixtisaslara uyğun olan 2 alt qrupdan ya birini, ya da hər ikisini seçmə imkanı yaradılıb: “Burada 1-ci alt qrup riyaziyyat-kimya (RK) alt qrupudur ki, burada riyaziyyat və fizika üçün nisbi bal 1,5, kimya üçün 1 olaraq müəyyənləşdirilib. 2-ci alt qrup isə riyaziyyat-informatika (Rİ) alt qrupudur. Burada riyaziyyat və fizikadan nisbi əmsal 1,5, informatika isə 1 olaraq müəyyənləşdirilib. Bir çox təhsil ekspertləri bu məsələ ilə bağlı öz narazılıqlarını bildiriblər. Düşünürəm ki, onlar narazılıq etməkdə haqlıdırlar. Bu narazılıq ondan ibərətdir ki, informatika fənnindən hazırlaşan abituriyentlər çətinliklərlə üzləşəcəklər. Çünki vəsait yoxdur, test toplusu və nümunəvi suallar yoxdur. Dövlət İmtahan Mərkəzi bu istiqamət üzrə problemləri nəzərə almalıdırlar.

Nəzərə alaq ki, qərar 2023-cü ilin yanvar ayından qüvvəyə minəcək. Növbəti qəbul imtahanı zamanı bu sistem tətbiq olunacaq. Düşünürəm ki, o zamana qədər DİM həm lazımi vəsaiti, həm də test suallarını hazırlayacaq. Ümid edirəm ki, DİM mütəxəssisləri bu işin öhdəsindən gələcəklər”.