Xızıda Novruz bayramı ərəfəsində ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, ekoloji aksiya zamanı Xızı rayonunun Sayadlar kəndində yerləşən Mikayıl Müşfiqin xatirə muzeyinin həyətyanı sahəsində həmişəyaşıl ağaclar əkilib.
Novruz bayramı ərəfəsində təşkil olunan ağacəkmə aksiyasında Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, rayondakı mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.