Mövlud Çavuşoğlunun Rusiya və Ukraynaya gedəcək

16 Mart 2022 11:58 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib. SİA türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiya və Ukraynaya gedəcəyini bildirib.

Eyni zamanda Türkiyə Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra gündəmi dəyərləndirib. Üç gün davam edən Antalya Diplomatiya Forumuna 75 müxtəlif ölkədən 17 dövlət və hökumət başçısı, 80 nazir və 39 beynəlxalq təşkilat nümayəndəsinin qatıldığını xatırladan Ərdoğan qeyd edib ki, bu forum Türkiyənin artan inkişafının ən konkret təzahürlərindən biridir.