3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yatırılıb

16 Mart 2022 11:17 (UTC+04:00)

Martın 15-də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çərşənbə tonqalın üzərindən tullanan zaman yanıq xəsarətləri alan 3 nəfər müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onlar müxtəlif yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparılıblar.