İtaliyada son sutkada koronavirus qurbanlarının sayı 180 nəfər artaraq 157 min 177-yə yüksəlib.
SİA-nın əldə etdiyi məlumata görə, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saat ərzində ölkədə 85 min 288 nəfər COVID-19 infeksiyasına yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı ümumilikdə 13 milyon 489 min 319-a çatıb.
Hazırda ölkədə reanimasiya şöbəsində olanların sayı 502, aktiv COVID-19 xəstələrinin sayı isə 1 milyon 36 min 124 nəfərdir.
İtaliyada pandemiya dövründə 12 milyon 296 min 18 nəfər virusdan sağalıb.