Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

16 Mart 2022 00:12 (UTC+04:00)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) martın 15-də 115 nəfər dünyasını dəyişib.

Bir gündə 333 min 196 test edilib. Gündəlik yoluxma sayı 24.614-dür.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 30.553-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 304 min 93-ə yüksəlib.