Türk müğənni İzzət Yıldız ötən aylarda həmkarı Gülşənin səhnə geyimlərini tənqid edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, indi də o, konsertdə Gülşənin rəfiqəsinin qucağına oturması barədə açıqlamalar verib.
Jurnalistlər Gülşənin səhnədə rəfiqəsinin qucağında oturması ilə bağlı Yıldızhandan soruşduqda müğənni səssiz qalmayıb.
Əvvəlcə danışmaq istəməyən İzzət Yıldızhan sonradan özünü saxlaya bilməyib. O, “Hər kəs danışır, heç bir şey olmur, mən bir cümlə deyirəm sensasiya olur” deyib.
Müğənni çıxışının davamına "İnsan oturduğu yeri bilməlidir" deyərək gülüb.
Ayşən Vəli