“Azərbaycan dövləti Ermənistana sülhlə bağlı 5 məddədən ibarət təkliflə müraciət edib. Bu təkliflər Azərbaycan dövləti tərəfindən cəmiyyətə açıqlanıb”. Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, bu təkliflər Ermənistana verildiyi andan Ermənistanda radikal müxalifət, revanşist qüvvələr, daşnaksütyun partiyası və ona yaxın partiyalar çox ciddi bir səs-küy salıblar: “Bu bəndlərin yolverilməz olduğu ilə bağlı fikirlər səsləndirirlər. Dünən Ermənistan tərəfi Azərbaycan tərəfinə bildirib ki, biz bu təklif üzərində müzakirələr etməyə hazırıq. Amma bu cavabın içində yenə erməni hiyləsinin təzahürləri hiss edilir. Ermənistan tərəfi qeyd edib ki, ATƏT-in Minsk qrupunun iştirakı ilə bu məsələlərin müzakirəsinə hazırdırlar. Ermənistan tərəfi ATƏT-in Minsk qrupunu bölgəyə daxil etmək, bir masa ətrafında əyləşdirməyə cəhd göstərmək istəyir. ATƏT-in Minsk qrupu yarandığı gündən bu günə qədər bu bölgəyə lazımsız turist səfətləri etməklə maşğul olublar. Onlar separatçı qüvvələrlə əməkdaşlıq ediblər. İşğalçı dövlətə daha çox dəstək olmaqla həmin dövrlər üçün status kvonu saxlamağa çalışırdılar. Bu isə Azərbaycan ərazilərinin işğal altında qalması, Azərbaycan xalqının yaddaşından bu torpaqların silinməsi kimi gizli bir siyasətin tərkib hissəsi idi. Ali Baş Komandanımızın rəhbərliyi ilə 2020-ci il 44 günlük müharibədə torpaqlarımız işğaldan azad edilmişdir. ATƏT-in Minsk qrupu artıq tarixə çevirilmiş bir qurupdur. Onlar sadəcə bu proseslərə yenidən qoşulmaq üçün müəyyən cəhdlər göstərir. Hesab edirəm ki, bu müzakirədə tərəflər ancaq Azərbaycan və Ermənistan ola bilər. 2020-ci il noyabrın 10-da bağlanmış sazişdə iştirak edən Rusiya tərəfi də bu 5 bəndin icrasında öz müsbət tövhəsini verə bilər.
Hesab edirəm ki, bu təkliflər Ermənistan üçün önəmlidir. Bölgədə sülhə xidmət edən bir təklifdir. Azərbaycan Prezidentinin Avropa Şurası İttifaqının prezidenti Şarl Mişellə telefon görüşməsində qeyd edildiyi ki, bölgədə dayanıqlı sülhün davam etdirilməsi önəmlidir. Bunun üçün də Ermənistana təzyiqlər göstərilməlidir ki, bu şərtlərə əməl etsinlər. ermənistan bu şərtlərə əməl etdiyi təqdirdə sülh şəraitində yaşayacaq, kommunikasiyaların açılmasından bəhrələnəcək, öz iqtisadiyyatını dirçəldəcək və rahat dünyaya çıxış əldə edəcək. Ona görə də bu 5 çərtin üzərində müzakirələrin aparılması realdır. Lakin Ermənistanda yeni prezidentin andiçmə mərasimində separatçı qüvvələrin rəhbəri Arayik Artunyanın həmin mərasimə dəvət edilməsi və yeni prezidentin zaldakılara müraciəti zamanı "hörmətli baş nazir", "hörmətli Arxax prezidenti" deyərək Arayik Artunyanın adını çəkməsi onu göstərir ki, erməni hiyləsinə aldanmamalıyıq. Bu məsələlərda qətiyyətli davranmalı və Prezidentin bu məsələdə və dövlətimizin milli maraqlarını qoruyan siyasətində yanında olmalıyıq”.