Prezident Vaqif Məmişovu “Dostluq” ordeni ilə təltif edib

15 Mart 2022 11:34 (UTC+04:00)

Vaqif İmamqulu oğlu Məmişov “Dostluq” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.