Məşhur türk aktrisa Merve Boluğur biznes meneceri Ərkan Şəndən ayrılaraq müğənni Emre Kaya ilə eşq şaiyələrinə "Biz sadəcə dostuq" cavabını verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisa ötən gün izləyicilərinin ona sual ünvanlamasını istəyib.
Boluğur, "Ciddi münasibət haqqında düşünürsən?" sualına belə cavab verib: “Mən bu işi bacarmadım. Amma bu dəfə alınacağını hiss edirəm. İnanıram ki, düzgün seçim edəcəm”.
Ayşən Vəli