Sanskiyalar Rusiyanı hansı vəziyyətə salacaq? - İQTİSADÇI ŞƏRH ETDİ

14 Mart 2022 13:32 (UTC+04:00)

“Rusiya tərəfinə yönəlmiş sanksiyalar bir neçə istiqamətdə həyata keçirilir. Burada əsas istiqamətlərdən biri maliyyə və bank sisteminə tətbiq edilən sanksiyalardır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, proses Rusiyada fəaliyyət göstərən sahibkarların digər dövlətlər ilə münasibətlərinə ciddi şəkildə təsir göstərir: “Daha sonra bir çox texnoloji şirkətlər Rusiyaya texnolji məhsulları satmaqda müəyyən maneələr yaradırlar. Bu da Rusiyada sahibkarların həmin şirkətlə olan koorperasiya əlaqəsini, fəaliyyətini iflic vəziyyətə salır. Həmçinin müxtəlif Qərb şirkətlərinin Rusiyada açdığı zavodların və şirkətlərin bağlanması Rusiya iqtisadiyyatına əlavə mənfi təsir göstərir. Rusiyanın rezervlərinin dondurulması ödəniş sistemlərinin sıradan çıxmasına və məhdud şəkildə fəaliyyət göstərməsinə gətirib çıxardır. Bütün bunlar Rusiya iqtisadiyyatının gələcəyi ilə bağlı ciddi şəkildə narahatçılıqlar yaradır. Rusiyada inflyasiyanın sürətlə yüksəlməsi rus əhalinin alıcılıq qabliyyətini aşağı salır. Bütün bunlar Rusiya iqtisadiyyatına qısa müddətdə ziyan vuraraq uzun müddətli problemlər yaradacaq. Sanksiyaların spektoru və müharibənin inkişaf istiqamətləri bəlli olmadığı üçün konkret olaraq Rusiya iqtisadiyyatına vurulan ziyanın həcmini proqnazlaşdırmaq qeyri - mümkündür. Lakin müxtəlif proqnoz təşkilatlarının məlumatına görə, 2022-ci ildə Rusiya iqtisadiyyatının 7-11 faiz azalacağını gözləyirlər. Amma sanksiyalardan öncə Rusiya iqtisadiyyatının böyüyəcəyi planlaşdırılsa da, bir çox investiya banklarının hesablamalarına görə isə Rusiya iqtisadiyyatı bu sanksiyalar nəticəsində təxminən 35 faiz kiçiləcək”.