2011-ci ildə məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan türk müğənni İbrahim Tatlısəs dünən axşam saatlarında nümayiş olunan İbo Şousunda vurulma anından danışıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni, “Bunu hiss etdim. Gördüm başımdan nəsə damlayır və həkimə dedim ki, bu nədir? Həkim də oradan qan damcılayır dedi. Başımı yana çevirməsəm güllə tam orta hissəyə gələcəkdi. Əməliyyatdan sonra inamını heç vaxt itirmədiyini ifadə edən Tatlısəs, "Tualetə gedə bilmirdim, ağzımdan su axırdı. Ona görə də bu vəziyyətə gəldim, şükür”.
Ayşən Vəli