Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

13 Mart 2022 23:17 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) martın 13-də 138 nəfər dünyasını dəyişib.

Bir gündə 298 min 252 test edilib. Gündəlik yoluxma sayı 17.426-dır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 35.568-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 243 min 976-a yüksəlib.