Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri beynəlxalq yarışı idarə ediblər. Qurumdan SİA-ya verilən məıumata görə, 12-13 mart 2022-ci il tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yeniyetmələrin Avropa Kuboku keçirilib. Beynəlxalq dərəcəli hakimlər Akif Tahirov və Nazim Umbayev turnirdə ədalət təmsilçiləri arasında yer alaraq, yeniyetmə cüdoçuların görüşlərini idarə ediblər.