İncəsənət məktəbinin iki yetirməsi uğurlu çıxış edib

12 Mart 2022 16:45 (UTC+04:00)

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri beynəlxalq müsabiqəyə qatılıblar. SİA xəbər verir ki, idarədən bildirilib ki, məktəbin fortepiano şöbəsinin 6-cı sinif şagirdi Seyran Haşımzadə və 3-cü sinif şagirdi Gülxar Hüseynli ABŞ-da onlayn formatda keçirilən “US virtual Piano” müsabiqəsində öz yaş kateqoriyalarında 3-cü yerə layiq görülərək, sertifikatla təltif ediliblər.

Gənc musiqiçilərin uğurunu onları müsabiqəyə hazırlayan müəllim Rufana Zülfüqarova bölüşüb.