Mövlud Çavuşoğlu “Taliban” hökumətinin xarici işlər naziri ilə görüşüb

12 Mart 2022 16:08 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı müvəqqəti “Taliban” hökumətinin xarici işlər naziri Vekili Muttaki ilə görüşüb. SİA xəbər verir ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Görüşdən sonra mətbuata açıqlama verən “Taliban” nümayəndəsi ölkəsinin dünya ilə müsbət münasibət qurmaq niyyətində olduğunu bildirib.