“Azəriqaz” İB ən fəal dövlət müəssisəsi kimi təltif olunub

12 Mart 2022 12:17 (UTC+04:00)

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən Onlayn İctimai Nəzarət Platforması layihəsinin 3-cü rüb yekunlarına dair dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib ki, dövlət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların və QHT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə layihənin icrası ilə əlaqədar problemlər, həllini tapmış və tapmamış məsələlər müzakirə edilib.

Üçüncü rübün nəticələrinə görə Onlayn İctimai Nəzarət Platformasında vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün “Azəriqaz” İB ən fəal dövlət müəssisəsi kimi təltif olunub.