Qafqazşünasların III Beynəlxalq Forumuna məruzələr qəbul olunur - DİQQƏT

12 Mart 2022 12:16 (UTC+04:00)

Qafqazşünasların III Beynəlxalq Forumuna məruzələr qəbul olunur. SİA xəbər verir ki, bu barədə Qafqazşünaslıq İnstitutundan məlumat verilib.

Bildirilib ki, məruzələrin qəbulu aprelin 10-dək davam edəcək. Forumun bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən məruzələr baxılmadan geri qaytarılacaq.

Forum “Vətən müharibəsi və Qafqazda yeni reallıqlar”, “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr”, “Böyük və qonşu dövlətlərin Qafqaz siyasəti”, “Qafqaz dövlətləri çoxtərəfli əməkdaşlıq sistemində”, “Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” bölmələrini əhatə edəcək.

Tədbir Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək. Forumun dəqiq tarixi haqqında əlavə məlumat veriləcək.