AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
SİA xəbər verir ki, rəsədxanadan bildirilib ki, seminarda rəsədxananın Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin əməkdaşı Elista Bayramovanın “Çox aşağı tezlikli radiodalğalar vasitəsilə geomaqnit qasırğalarının ionesferin D təbəqəsinə təsirinin araşdırılması” mövzusunda məruzəsi dinlənilib.
Tədqiqat işində 2008-2011-ci illərdə baş vermiş 5 geomaqnit qasırğasının VLF (Very Lov Frequency - Çox Aşağı Tezlikli) dalğalarının DLPT (D-Layer Preparation Time Depth – D təbəqəsinin yaranma vaxtının dərinliyi) parametrinə təsirinə baxılıb.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.