Türkiyədə yeni növ koronavirusdan (Covid-19) martın 11-də 123 nəfər dünyasını dəyişib.
Bir gündə 342 min 365 test edilib. Gündəlik yoluxma sayı 25.401-dir.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 52.269-dur.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 222 min 195-ə yüksəlib.