Rus tankları geri qayıdır KİYEV

11 Mart 2022 13:20 (UTC+04:00)

Rusiya-Ukrayna müharibəsindən peyk görüntüləri yayılıb. SİA- nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müharibənin 16-cı günündə çəkilmiş peyk görüntüləri Kiyev xaricində 64 kilometr uzunluğundakı tank və zirehli texnika karvanının parçalanmağa başladığını gözlər önünə sərib. "Reuters" xəbər agentliyinin təqdim etdiyi peyk görüntülərində Kiyev xaricində gözləyən Rusiya hərbi maşınlarının kilometrlərlə davam edən karvanının dağılmağa başladığı görülüb.

Paylaşılan fotoda zirehli texnika, tank və buna bənzər hərbi maşınların olduğu 64 km uzunluğunda olan konvoyun sayının azalması diqqət çəkib.
Ukraynada gözlənilməz müqavimətlə qarşılaşan Rusiya hərbi maşınları və tankları ya geri qayıdır, ya da yaxınlıqdakı meşəyə çəkilib.
Lubyanka bölgəsində zirehli texnika və tankların mövqe dəyişdirdiyi bildirilib. Rusiyanın bölgədəki irəliləyişinin qida və yanacaq çatışmazlığı səbəbilə dayandığı qeyd olunur. Kiyev meri Vitali Kliçko verdiyi açıqlamada paytaxtın “qalaya çevrildiyini” deyib.

Günay İsmayıllı