Rusiya prezidenti Vladimir Putin ölkəsinə qarşı tətbiq edilən sanksiyaların Qərbə ərzaq və enerji qiymətlərinin bahalaşması şəklində zərbə vuracağını və Moskvanın bu vəziyyətdən “daha güclü” çıxacağını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Xüsusi əməliyyat" adlandırdığı Ukraynaya müdaxilənin alternativinin olmadığını ifadə edib.
Putin videokonfrans vasitəsilə Rusiyanın iqtisadi vəziyyətini dəyərləndirib və bildirib ki, bəzi problemlər və çətinliklər var, amma biz onların öhdəsindən gəldik. "Bütün bunlar son nəticədə bizim müstəqilliyimizin, suverenliyimizin və özümüzü təmin etməyimizin artmasına gətirib çıxaracaq", Rusiya lideri bildirib.
ABŞ-da neft məhsullarının qiymətinin Rusiyaya görə artmadığını bildirən Putin "ABŞ Rusiya neftinin idxalını dayandırıb və qiymət artımında bizi günahlandırır. Xalqını aldadır", vurğulayıb.