Sosial şəbəkələr Rusiyaya məhdudiyyət qoydu

11 Mart 2022 12:41 (UTC+04:00)

Rusiya qüvvələri mülki yaşayış məntəqələrinə hücum etməyə davam edərkən, partiyalar Antalyada bir araya gəlir və diplomatik həll yolu axtarır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu görüşmələrdən atəşkəs qərarı çıxmadığı üçün Rusiya qüvvələri yenidən Kiyevə doğru irəliləməyə başlayıb.

Dünya dövlətləri Rusiyaya qarşı qərar qəbul etməyə və iqtisadi çətinlik yaratmaqla ölkənin müqavimətini pozmağa davam edir. Digər tərəfdən, Rusiyanın insanlığa qarşı edilən cinayətinə münasibətdə önəmli addımlardan biri də sosial media nəhəngi "Facebook"dan gəlib.

"İnstaqram"ın sahibi bu iki platformanın bir müddət Rusiya üçün qəzəbli çıxışlarını yayımladığını açıqlayıb. Normal şəraitdə sosial media platformaları, müəyyən bir irqə, bir ölkə xalqına qarşı paylaşımları məhdudlaşdırır və bu paylaşım sahiblərinin hesabına qadağa qoyulur. Bu platformaların başında "Tvitter", "Facebook", "İnstaqram" kimi ən çox istifadə olunan platformalar yer alır.

Ləman Əlizadə