Ukraynaya köməyə gələn Belarus könüllüləri

11 Mart 2022 05:48 (UTC+04:00)

Ukrayna və Rusiya arasındakı müharibənin geniş vüsət almasına, deyəsən, belaruslar da biganə qalmırlar. Belə ki, belaruslu müxalifətçi və könüllü Yan Melnikovun rəhbərliyi altında xeyli belarus Ukraynanı müdafiə etmək üçün bu ölkəyə gəliblər.

SİA xəbər verir ki, Ukraynanın “NV” agentliyinə danışan Melnikov döyüş və ya hərbi təcrübəsi olan xeyli həmyerlisinin Ukraynaya gəlmək istədiyini bildirib.

Ukrayna saytı gələn belarusların sayı ilə maraqlanarkən, Melnikov “rusların işini asanlışdarmamaq üçün” hələlik bunu gizli saxlamağı məsləhət görüb.

Melnikova görə bu gün Ukraynaya gələn belarusların əksəriyyəti Avropadan gəlirlər. Bunlar bir vaxtlar Belarus ərazisini tərk etməyə məcbur olan insanlardır: “Biz yalnız belaruslardan bölük yaradırıq. Aramızda Ukrayna vətəndaşlığını alan belaruslar da var. Məsələn, Buça uğrunda döyüşdə həlak olan İlya Litvin kimi. Bu, 2015-ci ildə Ukraynanı müdafiə etməyə gələn, Azov alayının tərkibində döyüşlərdə iştirak edən belarusdur. O, 2019-cu ildə Ukrayna vətəndaşlığını alıb. Bu gün bizə qatılanların əksəriyyəti belarusdur, amma bəzilərinin qaçqın və ya Ukrayna pasportu var”.

Əli Babayev