Mən indi bu barədə danışmaq istəmirəm

10 Mart 2022 12:57 (UTC+04:00)

Məşhur türk aktrisa Həmdi Alkan 2014-cü ilin aprel ayında Romada Selen Görgüzellə ailə həyatı qurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük 8 illik yubileylərinə 1 ay qalmış boşanmaq qərarına gəlib.

Selen Görgüzel Türkiyənin Etilər adlanan ərazisində ev alıb. Selen "Mən indi bu barədə danışmaq istəmirəm" deyib.

Ayşən Vəli