“Caterpillar” şirkəti də ruslarla işləməyə xitam verdi

10 Mart 2022 04:39 (UTC+04:00)

"...Amerikanın “Caterpillar” şirkəti sanksiyalar və tədarük zəncirinin pozulması səbəbindən Rusiyada istehsalını dayandırdığını açıqlayıb”.

SİA bu barədə “rosbalt” saytına istinad edir.

Maraqlıdır ki, Rusiyada istehsalını dayandırmaqla bağlı şirkətin saytında yer alan məlumata görə, onların işi dayandırmaqlarının əsas səbəbi hazırda bu ölkədə işin getdikcə çətin xarakter almasıdır.

Məhz buna görə də şirkət Rusiyanın istehsal müəssisələrində fəaliyyət dayandırılacaq. Maraqlıdır ki, bu vəziyyətdə Rusiya Federasiyasındakı işçilərinə dəstək olmağın yollarını öyrənəcəyini də bildirib.

Xatırladaq ki, “Caterpillar” şirkətinin Tosnoda yerləşən əsas zavodu 2000-ci ildən fəaliyyət göstərirdi. Bu zavodda ekskavatorların və mədən özüboşallarının iki modeli yığılır, həmçinin müxtəlif komponentlər və avadanlıqlar istehsal olunurdu. Qeyd edək ki, zavodun Novosibirskdə yeni yaradılan filialı da fəaliyyət göstərməyə başlamışdı.

Onu da bildirək ki, zavodun məhsulları Avropa ölkələrinə də göndərilirdi.

Əli Babayev