İtirilmiş dişin yerinə ən etibarlı yolun dişlərin əskik olduğu bölgələrə implant tətbiq edilməsi olduğunu bildirən mütəxəssislər, "İmplant müalicəsinin üstünlüyü təbiətdəki vəziyyətə ən yaxın həlli əldə etməkdir" deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dişlərin çürüməsi, təsadüfən itməsi, diş əti xəstəliyi səbəbi ilə itməsi, dişlərin çəkilməsi kimi hallarda əskik dişlərin olduğu yerlərdə sabit dişlərin edilməsi üsulu olduğunu söyləyən stomatoloq türkiyəli Kənan Sevi itirilmiş dişin yerinə ən zəmanətli üsul dişlərin əskik olduğu yerləri implantasiya etmək olduğunu bildirib. İmplant dediyimiz tətbiq süni diş kökünün tətbiqidir. Sümüyə uyğunlaşdırılaraq çənə sümüklərinə yerləşdirilən titandan hazırlanmış süni diş kökləri tək diş və ya körpü şəklində sabit protezlərə yerləşdirilə bilir.
Süsən Heydərova