“Hesab edirəm ki, növbəti dəfə ABŞ prezidenti Co Bayden və onun administrasiyası şou göstərməklə məşğuldur. Aydın məsələdir ki, Rusiya ixracatı üçün ABŞ bazarı kritik sayıla bilməz”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, qaz üzrə ümumiyyətlə böyük pay və rəqəmlərdən söhbət gedə bilməz: “İndiki neftə olan tələbatın mövcudluğu şəraitində Rusiya digər istiqamətlərə neft göndərə bilər. Rusiya heç bu nefti göndərməsə belə, neftin qiyməti 1 il ərzində 3 dəfə artıb. Burada hansısa kritik vəziyyətlərdən söhbət gedə bilməz”.
İqtisadçı sözlərinə belə davam edib: “Digər tərəfdən hesab edirəm ki, ABŞ-ın indi Rusiyanın ağır neftinin əvəzinə hansı ölkəyə müraciət edəcəyi də bir qədər sürprizlər gətirə bilər. Çünki əslində o qədər də çox alternativ yoxdur. Görünən odur ki, ABŞ ya Venesuellaya, ya da İrana müraciət etmiş olacaq”.
Ayşən Vəli