Smart saatların təhlükəli imiş?

9 Mart 2022 05:32 (UTC+04:00)

"Google”yə məxsus “Fitbit” istifadəçilərin aldığı xəsarətlərə görə məşhur İon saatını geri çağırıb.

SİA-nın məlumatına görə, bu barədə “The Verge” nəşri xəbər yayıb.

Şirkət ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (CPSC) ilə “ağıllı saatlar”ın könüllü qaytarılması proqramını işə salmaq üçün əməkdaşlıq edəcəyini açıqlayıb.

Məlum olub ki, texniki nasazlıqlar səbəbindən cihazın batareyası həddindən artıq qıza bilər. Bəzi hallarda akkumulyator yanıb, bu da qadcetin daşıyıcılarının yanmasına səbəb olub.

“Müştəri təhlükəsizliyi həmişə “Fitbit” üçün əsas prioritetdir və ehtiyat tədbiri olaraq, biz smart saatları könüllü olaraq geri çağırırıq”. Qeyd edək ki, bunu firma səlahiyyətlisi ərz edib.

Nazlı Babayeva