Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

9 Mart 2022 01:58 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) martın 8-də 130 nəfər dünyasını dəyişib.

Bir gündə 365 min 5 test edilib. Gündəlik yoluxma sayı 37.407-dir.

SİA-nın əldə etdiyi məlumata görə, son 24 saatda sağalanların sayı 69.294-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 97 min 881-ə yüksəlib.