"YouTube" “Vladimir Solovyovla axşam” kanalını silib

8 Mart 2022 03:45 (UTC+04:00)

"YouTube" rus jurnalist Vladimir Solovyovun “Solovyev Live” kanalını bloklayıb. Belə ki, indi onun səhifəsinə dxil olmaq istəyənlər “....bu hesab "YouTube" İcma Qaydalarını pozduğuna görə dayandırılıb” mesajı ilə qarşılaşırlar.

SİA-nın "lenta.ru"dan əldə etdiyi məlumata görə, “Vladimir Solovyovla axşam” kanalı da silinib.

Yeri gəlmişkən bildirək ki, martın 3-də Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (Roskomnadzor) "Google"dan saxta reklamların yayılmasını dayandırmağı tələb etmişdi.

Xatırladaq ki, . hələ fevralın 15-də "Google" heç bir izahat vermədən DXR-in əsas telekanalı olan Perviy Respublikanskinin "YouTube"dakı hesabını da bloklayıb. Hesabın özü 2015-ci ildə yaradılıb və bloklanma zamanı 50 mindən çox abunəçi olub. Roskomnadzor-dan bildirir ki, "Google"dən blokun aradan qaldırılması tələb edilsə də, lakin hələ ki, qarşı tərəfdən bir cavab yoxdur.

Əli Babayev